COP29

“Sumqayıt” və “Neftçi”yə necə qalib gəlmək olar? - “Bunları etsək…”

16 May 21:00 Sabah 1 533
“Sumqayıt” və “Neftçi”yə necə qalib gəlmək olar? - “Bunları etsək…”

“Biz komanda şəklində oynayanda, kollektiv təzyiq göstərəndə və ikinci toplar zamanı aktivlik göstərəndə ümidləri doğrulduruq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın yarımmüdafiəçisi Con İrasabal deyib.

28 yaşlı ispaniyalı legioner Premyer Liqanın son 2 turunda qarşılaşacaqları rəqiblərdən danışıb.

O, “Sumqayıt” və “Neftçi”yə necə qalib gəlmək olar” sualına cavabında bunları söyləyib:

“Hücumlar zamanı rəqib müdafiəçilərin arxasına doğru hərəkətlənmək, boş zonalar axtarmaq və lazımi anlarda ötürmə vermək lazımdır.

Bunları etdiyimiz halda hədəfə çata bilərik. Düşünürəm ki, sonda hər şey biz istəyən kimi olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"