COP29

Bu suala cavab verdi: "Heç kim bundan sığortalanmayıb, Keçmişlə yaşamamalıyıq"

9 May 23:40 Sabah 441
Bu suala cavab verdi: "Heç kim bundan sığortalanmayıb, Keçmişlə yaşamamalıyıq"

“Sabah” mövsümün sonuna yaxın elə bir sürət yığıb ki.

Mövsümə uğursuz başlayan, hətta müəyyən müddətdə 8-ci pilləyə yuvarlanan ötən mövsümün gümüş medalçısı son bir ayda rəqiblərinə “qan uddurub”.

Son 4 oyunda qarşısına çıxan komandaları meydandan məğlub yola salan Masazır təmsilçisi keçilməz görünür. Bu gedişlə yenə medal qazanacaqlar.

Heyət həmin heyətdir, şərait həmin şərait. Belədirsə, Murad Musayevin dönəmində uğurlu nəticələr qazanmaq niyə müşkülə çevrilmişdi? Krunoslav Renduliç xüsusi olaraq nələri dəyişdi?

Bu suallarla həm Musayevin, həm də Renduliçin dövründə əsas heyətin dəyişməz üzvlərindən olan Sofian Çaklaya ünvanladıq.

Mərakeşli legioner suala siyasi formada cavab verdi:

“Bu, futboldur. Uğurlu oyunlar olduğu kimi, uğursuzluq da qaçılmazdır. Heç kim bundan sığortalanmayıb.

Murad Musayevin rəhbərliyi altında uğurlu nəticələrimiz də olub. Ona karyerasında uğurlar arzu edirəm. Keçmişlə yaşamamalıyıq. Ancaq qarşıdakı oyunlarımıza, hədəflərimizə köklənməliyik”.

33 turdan sonra aktivində 52 xal olan “Sabah” eyni xala sahib “Zirə” ilə 2-3-cü pillələri bölüşür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!