COP29

“Qarabağ” üzərində qalibiyyətdən sonra...”

4 May 20:40 Sabah 369
“Qarabağ” üzərində qalibiyyətdən sonra...”

“Maksimum nəticə üçün meydana çıxacağıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın qapıçısı Yusif İmanov deyib.

Kiper bildirib ki, Premyer Liqanın turnir cədvəlində sıxlıq müşahidə olunur:

“Sona 4 tur qalmış gərgin rəqabət var. Bu mübarizədə "Sabah"ın şanslarını yaxşı görürəm.

Son üç turda qalib gəlmişik. Düz yolda olduğumuzu hamı görür.

“Qarabağ” üzərində qalibiyyətdən sonra hər birimizin özünəinamı artıb. Məqsədimiz avrokuboklara getməkdir”.

“Sabah” 32 tura 49 xal toplayıb və “Zirə” ilə bərabər dördüncü-beşinci yerləri bölüşdürür. Masazır təmsilçisi daha üst sıralardakı “Sumqayıt”la “Neftçi”dən cəmi 1 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti