Azərbaycan klubu əcnəbi hücumuçusuna müqavilə təklif etmədi

1 May 2024 19:40 Sabah 1 515
Azərbaycan klubu əcnəbi hücumuçusuna müqavilə təklif etmədi

«Sabah» yeni mövsümün hazırlıq planının icrasına start verib.

Avrokuboklar uğrunda mübarizəni davam etdirən Masazır klubu artıq 2 legioneriylə əlaqəli addım atıb.

İki müdafiəçi - serbiyalı Boyan Letiç və ispaniyalı Con İrasaballa müqavilənin uzadılmasına dair razılığa gəlinib.

Emmanuel Apeh isə Krunoslav Renduliçin növbəti planlarında yer almır. İki ildir «bayquşlar»ın formasını geyinən nigeriyalı hücumçuya yeni kontrakt təklif olunmayıb. Yeni

baş məşqçi cari mövsümdə Premyer Liqada meydana çıxdığı 27 matçda 3 qol, 2 assistlə yadda qalan 27 yaşlı forvardın xidmətində maraqlı olmadığını bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!