COP29

“Qarabağ”la matçdakı kimi oynasaq, avrokuboklarda yaxşı nəticələr qazana bilərik“

30 Aprel 21:00 Sabah 427
“Qarabağ”la matçdakı kimi oynasaq, avrokuboklarda yaxşı nəticələr qazana bilərik“

“Nöqsanları görürük və aradan qaldırmağa çalışırıq“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah“ın kapitanı Elvin Camalov deyib.

Masazır klubu Premyer Liqanın son 3 turunda qələbə qazanıb. “Qarabağ“, “Kəpəz“ və “Səbail“ə qalitb gələn “bayquşlar“ turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb.

49 xala malik kollektiv “Zirə“ ilə bərabər, dördüncü-beşinci pillələri bölüşdürür.

“Sabah”ın avrokuboklara vəsiqə qazanacağı real görünür. Bu heyətlə, bu oyunla 1-2 mərhələ adlamaq olarmı?

Elvini dinləyək:

“Bu komanda bacarığını “Qarabağ”la oyunda göstərdi. Fikrimcə, daha artığını edə bilərik.

Rəqibin adından, oyun üslubundan, meydanın durumundan, hava şəraitindən asılı olaraq oyunumuz dəyişir.

Məsələn, “Kəpəz”ə qarşı “Qarabağ”la matçdakı performansımızı sərgiləyə bilmədik. Əlbəttə, bu, yaxşı hal deyil.

“Qarabağ”la matçdakı kimi oynasaq, avrokuboklarda yaxşı nəticələr qazana bilərik“.

Digər Xəbərlər
Xəbər Lenti