"Qarabağ"a qarşı parlaq oyun göstərən braziliyalıdan maraqlı görüntülər - VİDEO

25 Aprel 22:20 Sabah 914
"Qarabağ"a qarşı parlaq oyun göstərən braziliyalıdan maraqlı görüntülər - VİDEO

Masazırda əsl qələbəlik idi.

"Qarabağ" üzərində parlaq qələbə (3:2) qazanan "Sabah"lı futbolçuların oyundan sonrakı sevincini görməyə dəyərdi.

Xüsusilə də Kristian Da Silvanın.

Matçın ən yaxşılarından olan braziliyalı 90 dəqiqə dayanmaq bilmədi.

Enerjisi bitməyən braziliyalı final fitindən sonrakı performansı ilə hələ də yorulmadığını göstərmiş oldu.

Ağdam təmsilçisinə qarşı 90 dəqiqə meydanın hər qarışı uğurunda mübarizə aparan, komandasının qələbəsi üçün yorulmadan qaçan yarımmüdafiəçi final fitindən sonra isə övladına görə bir xeyli tərləməli oldu.

Meydana enən qızı atasını arxasınca qaçıb, onu tutmağa məcbur buraxdı.

Ağır oyundan çəxmasına rəğmən, Kristian bu işi uzun müddət sevə-sevə yerinə yetirdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Maraqlı görüntülərə səhnə olan həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti