Xorvatiyalı ətrafı gözdən keçirdi, Qurban Qurbanovun yoxluğunu gördü və... VİDEO

22 Aprel 23:40 Sabah 5 569
Xorvatiyalı ətrafı gözdən keçirdi, Qurban Qurbanovun yoxluğunu gördü və... VİDEO

"Sabah" Premyer Liqada ardıcıl iki məğlubiyyət seriyasına "Qarabağ"la oyunda son qoydu.

Masazır təmsilçisi doğma meydanda çempionluğu təmin edən rəqibinə 3:2 qalib gəlib.

Dramatik keçən matçda meydan sahibləri erkən qolla sarsılsa da, özündə güc taparaq ardıcıl 3 qol vurmağı bacarıb.

Qarşılaşma həm də Krunoslav Renduliçin "Qarabağ"a qarşı ilk matçı kimi tarixə düşdü.

O, Qurban Qurbanovla debüt oyunundaca uğurlu olmağı bacardı.

Əcnəbi mütəxəssis də kimə qarşı uğur əldə etməsinin fərqində idi.

Onun final fitindən sonrakı parlaq qələbə sevinci belə deməyə əsas verir.

Xorvatiyalı bir-bir futbolçuları bağrına basıb təbrik edirdi.

Hətta sevincindən həmkarının əlini sıxmağı da unutdu.

Köməkçiləri xatırladanda isə artıq gec idi.

Qurbanov paltardəyişmə otağına yan almışdı.

Renduliç ətrafı gözdən keçirdi, onun yoxluğunu gördü və sevincinə davam etdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin görüntülərə aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti