“Hələ heç nəyə nail olmamışıq, addım-addım irəliləyirik” - MÜSAHİB

30 Mart 16:00 Sabah 293
“Hələ heç nəyə nail olmamışıq, addım-addım irəliləyirik” - MÜSAHİB

“Sabah”ın müdafiəçisi Sofian Çakla Premyer Liqanın 27-ci turunda “Sumqayıt”ı məğlub etdikləri (2:1) oyun haqda Sportinfo.az-a müsahibə verib.

- Yeni baş məşqçi ilə əldə olunan ardıcıl ikinci qələbə barədə nələr deyə bilərsən?

- Ardıcıl qələbələrin olması həmişə vacibdir ki, komanda özünə inam qazansın və qalib zehniyyətə sahib olsun. Şadam ki, son oyunlarımızı müsbət nəticə ilə tamamlaya bilmişik. İnanıram ki, inşallah bu uğurlu seriyanı davam etdirəcəyik.

- İkinci yarının sonları sizin üçün heç də asan keçmədi. Qol buraxdınız, qələbə də əldən çıxa bilərdi. Baş məşqçidən buna görə iradlar eşitdinizmi?

- Bəli, ikinci hissədə rəqib təzyiqi bir qədər artırdı. Bunun qarşıdakı oyunlarda olmaması üçün özümüzü daim təkminləşdirməli, səhvlərimiz üzərində çalışmalıyıq. Məşqçilər heyəti hər oyundan sonra yol verdiyimiz səhvlər barədə bizə məlumat verir, düzəltməli olduğumuz məsələlər barədə bizə öz tapşırıqlarını verirlər.

- Renduliç komandada nələri dəyişə bilib və ya dəyişmək üçün çalışır?

- Baş məşqçimiz bizə tam olaraq qarşıdakı 9 oyuna köklənməyimizi bildirir. Qeyd etdiyim kimi hər matçdan sonra inkişaf etdirməli, təkminləşdirməli olduğumuz nüanslar barədə məlumat verir. İnanıram ki, mövsümün sonunda hədəflərimizə çatacağıq.

- Mövsümdə ilk dəfə ardıcıl 3 matçda qələbə qazanırsız. Bunu medallar uğurunda mübarizədəki əsas rəqiblərinizə "biz qayıtdıq" mesajı kimi qəbul edə bilərik?

- Məqsədimizə çatmaq üçün addım-addım irəliləyirik. Hələ heç nəyə nail olmamışıq. Bizi qarşıda çox vacib 9 oyun gözləyir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI