Əcnəbi baş məşqçi "Sabah" üçün Bakıya niyə gəlmədi? – SON DƏQİQƏ

2 Mart 2024 19:40 Sabah 1 964
Əcnəbi baş məşqçi "Sabah" üçün Bakıya niyə gəlmədi? – SON DƏQİQƏ

"Sabah" Premyer Liqanın 25-ci turunda "Araz Naxçıvan"ı qəbul edir.

Qarşılaşmanı izləyənlər arasında "Sabah"a yeni çalışdırıcı kimi təyinatı an məsələsi olduğu iddia olunan Krunoslav Renduliçin yer almayıb.

Halbuki xorvatiyalının Bakıda olduğu və "Araz"la oyunu arenadan izləyəcəyi ehtimal olunurdu.

Əldə etdiyimiz məlumata görə, xorvatiyalı mütəxəssis ümumiyyətlə, ölkəmizə belə hələ gəlməyib.

Çünki tərəflər arasında danışıqlar tam yekunlaşmayıb.

Hazırda bəzi məsələlərin öz həllini tapması lazımdır.

Yalnız bundan sonra yeni çalışdırıcının Bakıya gəliş bileti alınacaq.

O, baş məşqçi kimi Xorvatiyada "İstra", "Sibenik" və "Qoritsa"nı çalışdırıb. İran millisində köməkçi məşqçi kimi işləyib.

Balkanlı mütəxəssisin son klubu Bosniya və Herseqovinada "Zrinjskini" olub. Renduliç Mostar təmsilçisi ilə ölkə çempionu olub, kuboku qazanıb və Konfrans Liqasının qrup mərhələsində iştirak edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti