Azərbaycan klubu xorvatiyalı mütəxəssisə tapşırılacaq? - YENİ DETALLAR

2 Mart 2024 10:40 Sabah 1 083
Azərbaycan klubu xorvatiyalı mütəxəssisə tapşırılacaq? - YENİ DETALLAR

Murad Musayevin istefasından sonra "Sabah"ın boş qalan baş məşqçi postunu axtarışları davam edir.

Bir aydan artıq müddətdir Masazır təmsilçisi ilə bir çox mütəxəssislərin adı hallanır.

İndi isə "tələbələr"in Krunoslav Renduliçə tapşırılacağı deyilir.

Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Bəs məlumatın həqiqət payı nə qədərdi?

Klubdan əldən etdiyimiz məlumata görə, həqiqətən adıçəkilən mütəxəssislə danışıq aparılır. Onun ölkəmizə gəlmək ehtimalı yüksəkdir.

Amma 50 yaşlı mütəxəssislə hələ tam razılıq əldə olunmayıb. Danışıqlar davam edir.

Yarım ilə yaxındı işsiz olan Renduliçin sonuncu klubu Bosniya və Herseqovina təmsilçisi "Jrinski" olub.

Xorvatiyalı karyerası ərzində ölkəsində "Qoriça", "Sibenik", "İstra"da və İranda "Fulad"da məşqçilik edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti