“Sabah”a yeni baş məşqçi nə vaxt təyin olunacaq?

24 Fevral 19:50 Sabah 606
“Sabah”a yeni baş məşqçi nə vaxt təyin olunacaq?

Sportinfo.az xəbər verir ki, "Sabah"ın məşqçisi Ruslan Qafitullin Premyer Liqanın 24-cü turunun "Səbail"lə görüşündən (0:2) sonra sualları cavablandırıb.

- Birinci hissədə göründü ki, hər iki komanda məğlub olmaq istəmir. Ona görə də, ehtiyatlı oynayırdılar. Fasilədən sonra daha maraqlı və dinamik oyun oldu. Futbolçularımıza demişdik ki, "Səbail"də fərdi ustalığı olan oyunçular var. Onlara diqqətli olmalarını tapşırmışdıq. Amma müdafiədə diqqətsizlik edib birinci qolu buraxdıq. Ondan sonra daha açıq oyun getdi. "Səbail" çalışırdı ki, bizi əks-hücumda tutsun. Elə də oldu.

- Baş məşqçi nə vaxt təyin olunacaq?

- Hələ ki, məlumatımız yoxdur.

- Komandanın kapitanı Elvin Camalovun performansı çox aşağıdır...

- Elvin elə oyunçudur ki, həmişə çalışır, özünə yaxşı baxır, bütün matçlara yaxşı motivasiya ilə çıxır. Meydançanın da təsiri var idi. Çox şey göstərə bilmədik.

Digər Xəbərlər
Xəbər Lenti