COP29

Murad Musayevin gedişindən sonra "Sabah"ın məğlub olmamasının sirri nədədir? - Kapitan danışdı

23 Fevral 17:20 Sabah 729
Murad Musayevin gedişindən sonra "Sabah"ın məğlub olmamasının sirri nədədir? - Kapitan danışdı

"Sabah"ın kapitanı Elvin Camalov Premyer Liqanın 23-cü turunda "Kəpəz"i məğlub etdikləri (3:2) oyun haqda Sportinfo.az-a müsahibə verib.

- Elvin, "Kəpəz" üzərindəki qələbəni necə şərh edərdin?

- Bizim üçün vacib qələbə idi. Çox çətin oyun oldu. Bu rəqiblə əvvəlki oyunlarımız da ağır keçmişdi. Bu dəfə də eynisi oldu.

- Hesabda geri düşdüyünüz matçı necə geri qaytara bildiniz?

- Bəli, heç də yaxşı başlamadıq. Erkən qol buraxdıq. Lakin sonradan toparlanıb hesabı bərabərləşdirə bildik. Fasilədən sonra isə üstünlük bizim tərəfdə idi. Əldə etdiymiz şansları dəyərləndirib 3 xal qazana bildik.

- Murad Musayevin gedişindən sonra komanda məğlub olmur. Bunun sirri nədədir?

- Əslində diqqət etsək görərik ki, qış fasiləsindən sonra Murad Musayevin rəhbərliyi altında da məğlub olmurduq. Sadəcə "Qarabağ"a bir məğlubiyyət vardı. Bunun xüsusi sirri yoxdur. Hər oyuna qəlbə üçün çıxırıq. Sadəcə komandaya gec qoşulan futbolçular tədricən bizə uyğunlaşır. Bu da nəticələrdə özünü göstərir.

- Qarşıdan sizinlə eyni xala sahib "Səbail"lə matç gəlir. Şansları necə qiymətləndirisən?

- Maraqlı oyun olacaq. "Səbail"lə görüşlərimiz asan keçmir. Əlimzidən gələni edəcəyik ki, 3 xal qazanaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"