COP29

Milyonluq hücumçu, bir biabırçı səhv və möhtəşəm Tellur!

12 Fevral 21:20 Sabah 875
Milyonluq hücumçu, bir biabırçı səhv və möhtəşəm Tellur!

Bu mövsüm «Sabah»ın ən ödənişli futbolçusu İshak Belfodildir.

Vaxtilə Avropada «İnter» kimi bir neçə tanınmış klubun formasını geyinmiş hücumçunun ölkəmizdə illik qazancı 1 milyon avro civarındadır.

Biz də oradan-buradan eşitmişik, hər halda belə deyirlər.

Ərəb forvard Murad Musayevin vaxtında 20-oyuna çıxdı, adını 1 dəfə tabloya yazdırmadı. İqor Ponomaryov gəldi, o da özünə gəldi.

Artıq hesabında 3 qol var, üçünü də «Qarabağ»a vurub. Stress atdığı deyə bilərik hazırkı vəziyyət üçün.

«Sabah» işin tərsliyindən son 10 gündə «Qarabağ»la üçüncü dəfə üz-üzə gəlməli oldu. Musayevin istefasıyla nəticələnən 7:1-i saymasaq, axır iki matçın aradakı səviyyə fərqini itirməsini söyləməliyik.

Dünən də qələbə layiq mübarizə əzmi nümayiş etdirdilər. Düz deyirlərmiş ki, sevgi ilə nifrət gözlə qaş arasındadır.

Yusif İmanov 90 dəqiqə qəhrəmanlıq göstərdi, dəfələrlə xilaskar kimi filmin baş roluna çəkildi, di gəl, əlavə vaxtda elə bir səhvə yol verdi ki…

Yasin Benzianın cərimə meydançasının önündən endirdiyi topu mənim nənəm də tutardı, amma o, tuta bilmədi, ayaqlarının arasından tora buraxdı.

Tellur Mutəllimov dünən qiymətini qaldırdı. İkinci hissənin sonuna yaxın meydana daxil oldu, topa ilk toxunuşunda qol vurdu, sayılmadı.

Ərinmədi, ikinci cəhdi etdi, möhtəşəm bir vuruşla «Tofiq Bəhramov»a sakitlik çökdürdü. Ponomaryova isbat elədi ki, onu daha erkən bu formanı geyinməli idi.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"