"Futbolçularda bu gün motivasiya başqa cür idi" - "Sabah"ın məşqçisi

8 Fevral 22:30 Sabah 416
"Futbolçularda bu gün motivasiya başqa cür idi" - "Sabah"ın məşqçisi

"Sabah" Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ"ı 4:3 hesabı ilə məğlub etsə də, turnirdə mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin məşqçisi Ruslan Qafitullin matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Birinci oyunda hesabın böyük olmasına baxmayaraq, futbolçularda bu gün motivasiya başqa cür idi.

Bir dəyişiklik oldu. "Qarabağ"ı daha çox orta zonada qarşılayırdıq.

Çalışırdıq ki, əks-hücumlarda oynayaq, bəzi epizodlar alınırdı, bəziləri alınmırdı. Bunun üzərində işləmək lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti