Premyer Liqada ciddi rezonans doğuran İSTEFAnın daha bir gizlini bilindi

6 Fevral 17:40 Sabah 878
Premyer Liqada ciddi rezonans doğuran İSTEFAnın daha bir gizlini bilindi

Aha, deyəsən, tapdım axı.

Murad Musayevin «Sabah»la vidalaşmasının bir səbəbini də qoy mən deyim.

Deyim ki, bu ayrılıq sırf yanlış transfer siyasətinin vurduğu ziyatla birbaşa bağlıdır, xeyr.

Deyim ki, bu ayrılıq Coy-Lens Mikelsin pulu üstün tutub Səudiyyə Ərəbistanının birinci liqasının yolunu tutmasıyla bağlıdır, xeyr.

Deyim ki, bu ayrılıq Aleksey Kaşukun müqavilə ilə məxsus olduğu «Şaxtyor»a dönməsiylə bağlıdır, xeyr.

Deyim ki, bu ayrılıq Aleksey İsayevin 500 min dollar təzminat qarşılığında «Qarabağ»a satılmasından doğan incikliklə bağlıdır, xeyr.

Deyim ki, bu ayrılıq Konfrans Liqasında «Partizan»dan alınan psixoloji travmayla bağlıdır, xeyr.

Deyim ki…

Deyim ki, problemin başı fiziki hazırlığın aşağı səviyyədə olmasıdır. Adamda güc olmayanda, özgüvəni də olmaz.

«Turan Tovuz»la Masazırdakı qarşılaşma bu şübhələrimə nöqtə qoydu, ikinci hissədə sualıma cavab tapdım.

«Sabah» son 45 dəqiqədə rəqibinin qapısına tərəf yeridi, cərimə meydançası daxilində təhlükə yaratmadı.

İstəmədilərmi? İstəmək üçün gərək iradə olsun. Güc qalmayandan sonra nə iradə, nə zad..?

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti