Azərbaycanda komandanı idman direktoru meydana çıxardı - VİDEO+FOTOREPORTAJ

4 Fevral 00:40 Sabah 371
Azərbaycanda komandanı idman direktoru meydana çıxardı - VİDEO+FOTOREPORTAJ

zərbaycan Premyer Liqasında XXI tur davam edir.

Sportinfo.az xəbər verir ki, “Sabah” “Bank Respublika Arena”da “Turan Tovuz”u qəbul edib.

Baş məşqçi Murad Musayev iki gün əvvəl istefa verdiyindən, bakılıları meydana klubun idman direktoru İqor Ponomaryov və gənc məşqçi Rəşad Eyyubov çıxarıblar.

Matçda hesabı qonaqlar açıblar. 11-ci dəqiqədə yeni transfer Aleks Souza fərqlənib. Lakin 11 dəqiqə sonra “status-kvo” bərpa olunub.

Kahim Parris bərabərlik qolunun müəllifi olub. Qalan dəqiqələrdə komandaların cəhdləri heç bir nəticə verməyib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Bu nəticədən sonra “Sabah” xal ehtiyatını 27-yə, “Turan Tovuz” isə 26-ya çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!