"O özü görürdü ki, bu, uşaqlara psixoloji cəhətdən təsir edib" - "Sabah"ın məşqçisi

3 Fevral 20:10 Sabah 443
"O özü görürdü ki, bu, uşaqlara psixoloji cəhətdən təsir edib" - "Sabah"ın məşqçisi

"Sabah" Azərbaycan Premyer Liqasının 21-ci turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin məşqçisi Ruslan Qafitullin matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun keçdi. İlk 15-20 dəqiqədə "Turan Tovuz" çox yaxşı və aqressiv oynadı. Ondan sonra biz daha çox topa nəzarət edirdik. İkinci hissədə rəqibin cərimə meydançasına yaxınlaşsaq da, təhlükəli epizodlar olmadı.

- "Qarabağ"la matçdan sonra nəyi dəyişə bildiz?

- İki gün ərzində nəyisə dəyişmək bir az çətin məsələdir. İqor Ponomaryov çalışırdı ki, motivasiyanı qaldırsın. O özü görürdü ki, uşaqlara psixoloji cəhətdən təsir edib. İki ildən çoxdur ki, Murad Musayevlə bir yerdə işləyirdik.

- Bu gün Xəyal Əliyevə şans verdiz. Murad Musayev onu tanıyırdı?

- Tək Xəyal yox, Rauf, Fəxri var. Murad Musayev bu gənc oyunçulara nəzarət edirdi. Onları tez-tez məşqlərə çağırırdı. Onlarda potensial görürdü.

Digər Xəbərlər
Xəbər Lenti