"Sabah"ın legionerindən ağır itki ilə üzləşən komanda yoldaşına MƏNƏVİ DƏSTƏK

3 Fevral 18:00 Sabah 442
"Sabah"ın legionerindən ağır itki ilə üzləşən komanda yoldaşına MƏNƏVİ DƏSTƏK

Premyer Liqanın 21-ci turu çərçivəsində "Sabah" "Turan Tovuz"u qəbul edir.

"Bank Respublika Arena"da keçirilən qarşılaşmada hazırda bərabərlik hökm sürür.

Qonaqlardan Aleks Souzanın 11-ci dəqiqədə vurduğu qola meydan sahiblərindən Kahim Parris 22-ci dəqiqədə vurduğu qolla cavab verib.

Yamaykalı legioner qol sevincini komanda yoldaşı Cessi Sekidikanın formasını tribunalara göstərməklə qeyd edib.

Onun bu addımı səbəbsiz deyil.

Belə ki, Sekidikanın bacısı dünyasını dəyişib.

Parris atdığı addımla komanda yoldaşına belə gündə mənəvi dəstək nümayiş etdirib.

Əlavə edək ki, Sekidika özü zədə səbəbindən matçda iştirak etmir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti