“Onun hazırda komandamıza baş məşqçi təyin olunması variantı yoxdur"

4 Fevral 2024 00:50 Sabah 693
“Onun hazırda komandamıza baş məşqçi təyin olunması variantı yoxdur"

Mahaçqala "Dinamo"sundan ayrılan Kurban Berdıyevin "Sabah"ın baş məşqçisi postuna gətiriləcəyi ilə bağlı iddialar var.

Sportinfo.az xəbər verir ki, məsələ ilə bağlı Masazır təmsilçisinin mətbuat xidməti "Sport-Ekspress" nəşrinin sorğusunu cavablandırıb:

"Bildiyiniz kimi, Murad Musayev komandanı bu yaxınlarda tərk edib. Hazırda Berdiyevin baş məşqçi təyin olunması variantı yoxdur".

Murad Musayev iki gün öncə "Sabah"ın baş məşqçisi postunu tərk edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti