“Qarabağ”la nə qədər çox oynasaq da..." – “Sabah”ın futbolçusu

3 Fevral 16:40 Sabah 410
“Qarabağ”la nə qədər çox oynasaq da..." – “Sabah”ın futbolçusu

Çətin dönəm keçirən “Sabah”ın təqvim barədə bəxti gətirmədi.

Premyer Liqada ilk “4-lüy”ə can atan “tələbələr” ölkə kubokunda “Qarabağ”ın önündə hesabat verməlidir.

Murad Musayevin rəhbərlik etdiyi kollektiv ilk matçda ağdamlılar önündə biabır oldu – 1:7. Qarşıda isə cavab görüşü və çempionat oyunu var.

Maraqlıdır, güclü rəqiblə 12 gün ərzində 3 dəfə qarşılaşmaq futbolçulara necə təsir edir? Təqvimin bu cür olması komanda üzvlərində əlavə təzyiq yaradırmı?

“Sabah”ın futbolçusu Tellur Mütəllimov Sportinfo.az-a açıqlamasında “Qarabağ”la keçirəcəkləri oyunlar barədə danışıb:

“İstənilən halda 4 dövrəlik çempionatda kuboku da nəzərə alanda hansısa rəqiblə ümumilikdə 6 dəfə qarşılaşmalı olursan. İş elə gətirdi ki, kubokda “Qarabağ”la oynamalı olduq və bu oyunlar qısa dövrü əhatə edəcək.

“Qarabağ”la oyunlarımız həmişə maraqlı keçir. Nə qədər çox oynasaq da, fikrimcə, bu, azarkeşlər üçün xoş olacaq.

Üstəlik, güclü rəqiblə qarşılaşmaq hər zaman xoşdur. İnanıram ki, azarkeşlər bu dəfə də maraqlı oyunların şahidi olacaqlar və biz bu matçlardan yaxşı nəticələrlə ayrılacağıq”.

Tellur bu açıqlamanı “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən öncə, “Zirə”ni 1:0 udduqları oyundan sonra verib.

“Tələbələr” fevralın 8-də kubokun cavab görüşünə çıxacaq, bundan 3 gün sonra “köhlən atlar”la Premyer Liqanın 22-ci turunda üz-üzə gələcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!