“Sabah”ın rəhbərləri getməyimi istəmirdi, amma bu, mənim qərarım idi”

2 Fevral 20:20 Sabah 334
“Sabah”ın rəhbərləri getməyimi istəmirdi, amma bu, mənim qərarım idi”

"Sabah"dan ayrılan Murad Musayev istefasının səbəbləri barədə növbəti açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, "Matç TV"yə müsahibəsində bununla bağlı fikirlərini bildirib.

- "Sabah"dan getmək qərarı necə verildi? Bu, sizin təşəbbüsünüz idi, yoxsa klubun?

- Son iki ildə “Sabah” parlaq oyun nümayiş etdirdi, sabit yüksək nəticələr göstərdi. Amma indi bu sabitlik, qələbə ehtirası və emosiyalar yoxdur. Ümid edirəm ki, yeni məşqçi bunu dəyişə bilər. Çünki turnir cədvəlində üçüncü yerdən komandanı cəmi 5 xal ayırır. Bu qərarı özüm vermişəm. Başa düşürəm ki, məşqçi dəyişikliyi indi klub və komanda üçün lazım idi. Çempionatda Avropa kuboklarına vəsiqə qazanmaq üçün yaxşı şanslar var. Mən “Sabah”a bunu arzulayıram.

- Rəhbərlik sizi getməmək üçün razı salmağa cəhd etdimi?

- Bəli, “Sabah”ın rəhbərləri getməyimi istəmirdi. Amma bu, mənim qərarım idi. Ona hörmətlə yanaşırdılar.

- “Sabah”dan təəssüflə ayrılırsınız?

- Getmək həmişə çətindir. Xüsusən də əgər həmin klubda bir neçə il zaman keçirmisənsə. Görülən işlərlə həmişə fəxr edəcəm. Biz nəinki yaxşı nəticələr qazandıq, komandanın özünəməxsus oyun tərz dəi yarandı. Biz “Qarabağ”, “Partizan”, “Neftçi” kimi güclü klublarla matçlarda nəinki bərabər səviyyədə oynadıq, hətta qələbə də qazandıq. Bu gün (dünən - red.) bazada futbolçular və heyətlə vidalaşdım, çoxlu emosiyalar var idi. Amma futbol həyatı belədir. Zaman-zaman hamımız bir klubdan digərinə keçirik. İndi dincəlməli və yeni gələcəyə yeni güclə davam etməliyik.

- Yaxşı istirahət etməyi planlaşdırırsınız, yoxsa qısa müddətdə təklifləri nəzərdən keçirməyə hazırsınız?

- Bir-iki ay dincəlmək, ailəmlə vaxt keçirmək istəyirən. Sonrasına baxacam.

- Valeri Karpin Rusiya millisinin təlim-məşq toplanışından sonra deyirdi ki, onun xarici aləmlə heç bir əlaqəsi olmayan dərin meşəyə getmək arzusu var. Bəs, sizdə necə?

- Məndə belə bir arzu yoxdur (gülür). Əgər "Krasnodar"dan ayrıldıqdan sonra və indiki vəziyyətimi müqayisə etsək, mən tamamilə yaxşıyam.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!