Azərbaycana gələn “İnter”in məşhur hücumçusu sərt tənqid olundu - VİDEO

2 Fevral 17:40 Sabah 6 627
Azərbaycana gələn “İnter”in məşhur hücumçusu sərt tənqid olundu - VİDEO

“Belfodil "Sabah"ın oyun tərzinə uyğun hücumçu deyil”.

Bu sözlər ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, mğvsümlərarası fasilədə “Sabah”la müqavilə imzalayan İshak Belfodildən danışıb.

Tanınmış telejurnalist Fransa pasportu daşıyan hücumçunun Masazır klubuna uyğun tip olmadığını bildirib.

Deyib ki, vaxtilə Avropada bir sıra nəhənglərin formasını geyinmiş forvard ləng təsir bağışlayır və komandaya fayda vermir.

32 yaşlı legionerin yalnız özü üçün oynadığını söyləyən Rzayev qeyd edib ki, belə gedərsə, komanda avrokuboklardan kənarda qalacaq.

İshak Belfodil karyerası ərzində “Lion” (Fransa), “Bolonya”, “Parma”, “İnter”, “Livorno” (hamısı İtaliya), “Standard” (Belçika), “Verder”, “Hoffenhaym”, “Herta” (hamısı Almaniya) kimi tanınmış klubların formasını geyinib.

Əlcəzair millisinin üzvü bura “Əl-Qarafa”dan (Qətər) gəlib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti