Dünən istefa verən tanınmış məşqçiyə Azərbaycanın hansı klubu təklif göndərib?

2 Fevral 13:00 Sabah 7 945
Dünən istefa verən tanınmış məşqçiyə Azərbaycanın hansı klubu təklif göndərib?

Qurban Berdıyev Mahaçqala "Dinamo"sunun baş məşqçi vəzifəsindən ayrılıb.

Bu barədə Rusiya klubunun yaydığı açıqlamada bildirilib.

O, öz istəyi - müqaviləni birtərəfli qaydada ləğv etməklə istefa verib.

71 yaşlı mütəxəssisin çalışdıra biləcəyi komandalar arasında Azərbaycan millisinin də adı keçir.

Lakin daha əvvəl AFFA-dan Q.Berdıyevlə danışıqlar aparılmadığı bildirilib. Qurumdan deyilib ki, yaradılan İşçi Qrupu səviyyəsində heç kimə rəsmi təklif irəli sürülməyib.

Berdıyev "Dinamo"ya 2023-cü ilin yayından başçılıq edirdi. Hazırda komanda Rusiya birinci liqasında liderdir.

Onun xidmətinə maraq göstərənlər arasında Azərbaycan klubu da var. Bu, dünən Murad Musayevlə vidalaşan "Sabah"dır.

Premyer Liqada işləri yaxşı getməyən Masazır təmsilçisinin 2 gündür Berdıyevlə yaxın təmasa keçməsi barədə redaksiyamıza məlumat daxil olub.

Türkmən kökənli mütəxəssis fəaliyyətini ölkəmizdə davam etdirməyə nə "hə", nə də "yox" deyir. Ona Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir neçə ərəb ölkəsindən təklif gəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti