“Zirə”nin kapitanına cavab verən tapıldı: “Ən azı buna görə...”

1 Fevral 23:00 Sabah 552
“Zirə”nin kapitanına cavab verən tapıldı: “Ən azı buna görə...”

“Sabah”ın müdafiəçisi Tüllur Mütəllimov Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın son turunda “Zirə” üzərində 1:0 hesablı qələbəni nəyin sayəsində qazandız? Vacib rolu nə oynadı?

- Çətin oyun oldu. Əvvəlcədən bizi yaxşı komanda ilə ağır oyunun gözlədiyini bilirdik. “Zirə” ilə oyunlarımız həmişə çətin keçir. İlk hissədə azlıqda qalsaq da, sonda qalib gələ bildik. Fikrimcə, qələbəni əzmkarlıq, sona qədər mübarizə aparmağımızın sayəsində qazandıq.

- Azlıqda qalandan sonra 3 xal qazanacağınızı təsəvvür edirdiniz?

- Azlıqda mübarizə aparmaq ikiqat çətindir. Amma komandada bu matçdan yaxşı nəticə ilə ayrılacağımıza dair son dəqiqəyə kimi inam var idi. Qolu son saniyələrdə vurmağımız da bunun sübutudur.

- Rəqib komandanın kapitanı Qismət Alıyev bildirib ki, penalti epizodundan əvvəl xeyrimizə künc zərbəsi verilməliydi. 1 xalı hakimlər əlimizdən aldılar. Razısınız bu fikirlə?

- İkinci hissədə meydanda bir nəfər azlıqda qalmağımıza rəğmən, fikrimcə, yaxşı mübarizə apardıq. Ən azı bu əzmkarlığa, mübarizəyə görə qələbəyə layiq idik.

- Bu qələbə növbəti oyunlar üçün motivasiya hesab oluna bilər?

- Təkcə bu yox, istənilən qələbə növbəti oyunlar üçün motivasiyadır. Nəzərə almalıyıq ki, bizi qarşıda digər çətin matçlar gözləyir. Artıq bu oyunu unudub, növbəti görüşlərə hazırlaşmalıyıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti