Bu cür iddialar kimlərin maraqlarına xidmət edir?

1 Fevral 19:20 Sabah 505
Bu cür iddialar kimlərin maraqlarına xidmət edir?

“Sabah”ın baş məşqçisi Murad Musayevin istefa xəbəri bu gün ölkə idman mediasının əsas müzakirə mövzusuna çevrildi. Azərbaycan

Kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində Masazırda “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra rəhbərliklə görüşərək istefa ərizəsini təqdim edən rusiyalı mütəxəssisin bu addımı KİV tərəfindən heç də birmənalı qarşılanmadı.

Maraqlıdır ki, bəziləri israrla Musayevin istefasında klub rəhbərliyi ilə arasında olan anlaşılmazlığın rol oynadığını iddia edir.

Rusiyanın “championat.com” saytı məsələ ilə bağlı məşqçinin fikirlərini öyrənib. O, müvafiq sualı təəccüb hissi ilə qarşılayıb:

“Mətbuatda deyirlər ki, mənim rəhbərliklə münaqişəm var idi? Klub rəhbərliyi ilə əla münasibətim var. Hətta bu münasibətin ideal olduğunu deyə bilərəm.

Klubda keçirdiyim hər gün onların dəstəyini hiss etmişəm. “Sabah”a qoşulmazdan əvvəl mənə verilən bütün vədlər yerinə yetirildi: klubun inkişafı, maliyyə öhdəlikləri. “

Sabah”ın rəhbərliyi ilə bağlı uzun müddət danışa bilərəm və bunlar yalnız müsbət sözlər olar”.

Murad Musayevin Rusiya mətbuatına verdiyi açıqlamadan da bəlli olur ki, klub rəhbərliyi ilə münasibətlərində heç bir problem olmayıb.

Əks halda, səmimiliyi ilə tanınan mütəxəssis bu cür açıqlama verməzdi.

Çox maraqlıdır, belə olduğu halda, bu cür iddiaların israrla tirajlanması kimlərin maraqlarına xidmət edir? Buna əsas səbəb nədir?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!