Premyer Liqada GÜNÜN ŞOK OLAYI – İstefa qərarının PƏRDƏARXASI

1 Fevral 12:40 Sabah 1 939
Premyer Liqada GÜNÜN ŞOK OLAYI – İstefa qərarının PƏRDƏARXASI

Xəbər verildiyi kimi, "Sabah"ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib.

Görüş zamanı Musayev buradan ayrılmaqla bağlı istəyini klub rəhbərliyinin diqqətinə çatdırıb.

Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.

Musayev 2021-ci ilin noyabr ayından "Sabah"ın baş məşqçisi kimi çalışırdı. Komanda rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət).

"Sabah" ölkə çempionatının 2022/23-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Saytımız bu ayrılıqla bağlı maraqlı məlumat ədə edib. Redaksiyamıza daxil olan informasiyaya görə, Musayev Azərbaycanı tərk etməklə bağlı fikri ilə rəhbərliyi dünən günün ikinci yarısında rəhbərliyi tanış edib

. Daha sonra tərəflər təcili bir araya gəlib. Sabiq «Krasnodar»lı ölkə kubokunun ¼ final mərhələsində «Qarabağ»a 1:7 hesablı məğlubiyyətin bu qərara verməsində yekun rol oynadığını bildirib.

O, artıq uğursuz gedişatdan yorulduğunu, komandanı düşdüyü vəziyyətdən çıxarmağa özündə güc hiss eləmədiyini vurğulayıb. Musayev kollektivdaxili ab-havanı dəyişmək üçün başqa yol görmədiyini söyləyib.

Eyni zamanda, bu müddətdə ona verilən dəstəyə görə klub rəhbərliyinə öz təşəkkürünü dilə gətirib.

Yönəticilər toplantının gedişndə israr etsə də, Musayev qərarını dəyişməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!