«Sabah» Premyer Liqanın ilk 7 həftəsində bütün proqnozları alt-üst edib.
Ötən mövsümün gümüş medalçısı cari «futbol ili»ndə cəmi 5 xal toplayıb.
Masazır təmsilçisi ötən müddətdə yalnız 1 qələbə qazanıb. İlk turda «Qəbələ»ni qonaq qarşılayan «bayquşlar» 5:0-lıq qalibiyyətə sevinib, davamını isə gətirə bilməyib.
Növbəti 5 oyunda 3 məğlubiyyət alan Murad Musayevin komandası turnir cədvəlinin 8-ci pilləsində məskunlaşıb.
Nə baş verir? Vaxtilə adıçəkilən klubda idman direktoru işləmiş Emin Abbasov bu sual ətrafında müzakirələrə qoşulub.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində maraqlı fikirlər səsləndirib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: