Premyer Liqanın iddialısı iki futbolçusunu əsas komandadan uzaqlaşdırdı - SON DƏQİQƏ

11 Sentyabr 2023 10:40 Sabah 1 911
Premyer Liqanın iddialısı iki futbolçusunu əsas komandadan uzaqlaşdırdı - SON DƏQİQƏ

«Sabah»ın baş məşqçisi Murad Musayev iki futbolçunu əvəzedici heyətə göndərib.

Bunlar Nicat Mehbalıyevlə Ceyhun Nuriyevdir.

Adıçəkilən qapıçı ilə yarımmüdafiəçi qeyri-müəyyən müddətədək ikinci komandanın düşərgəsində yer alacaq. Rusiyavlı çalışdırıcının hansı səbəbdən bu qərarı verməsi hələlik açıqlanmır.

Nicat bu yay «Sabah»dan ayrılmaq istəyirdi. Ötən mövsüm cəmi 1 dəfə meydana çıxan kiper yenidən «Qəbələ»yə qayıtmaq istəyirdi.

Əyalət klubu ona görə tələb olunan 100 min manat təzminatı ödəmədiyindən, keçid reallaşmadı.

Canni De Byazinin milliyə dəvət etdiyi Nuriyev da Masazır klubunda əsas heyətə düşmür. Onu da «Sumqayıt» sıralarına qatmaq fikrində idi, Musayev ayrılmasına izn verməmişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...