"Sabah" avrokuboklarda uğursuzluq yaşasa belə...

11 Mart 2023 19:40 Sabah 1 127
"Sabah" avrokuboklarda uğursuzluq yaşasa belə...

"Sabah" Murad Musayevə kimi heç daxili yarışlarda ciddi bir nəticə ortaya qoya bilmirdi.

Amma rusiyalı mütəxəssislə artıq bu vəzifə icra olunub. Komandanın mövsümü ilk üçlükdə bitirəcəyi dəqiqdir.

Gümüş medal ehtimalı da çox yüksək görünür. Əbəs deyil ki, artıq hər kəs indidən avrokubokları gözləyir.

Ki, görəsən, orda Masazır təmsilçisi nə ilə yadda qalacaq? Haqqlı gözlənişdir.

Amma mənə görə paytax klubu avrokuboklarda uğursuzluqla yadda qalsa belə, Musayev futbol sferamızda xoş sözlərlə xatırlanmağı yenə haqq edir.

Məsələ onun Premyer Liqamıza rəng qatan komanda formalaşdırmasında deyil.

Heç "Sabah"a tarixində ilk medalı qazandırmasında da deyil.

Rusiyalı çalışdırıcı burda olduğu qısa müddətdə azərbaycanlı gənclərə ayırdığı diqqətə görə hər zaman xatirimdə qalacaq.

Səmimi olsaq, bu gün ondan bunu heç kim nə tələb etmir, nə də gözləmir. Uğur olanda isə ümumiyyətlə yada düşmür. Ki, kim oynadı, ya kim oynamadı.

Ancaq, vicdanla işini görə 39 yaşlı əcnəbi futbolçu çörəyini yediyi ölkənin haqqını artıqlaması ilə verməyə çalışır.

Yusif İmanov nümunəsi haqqında çox danışmışıq. Əminəm ki, 20 yaşlı qolkiperə heç əksər yerli mütəxəssislərimiz onun qədər güvənməzdi.

İş təkcə Yusiflə bitmir.

Bunun Ceyhun Nuriyevi, Seymur Məmmədovu da var.

Hər fürsətdə onların oynamasına imkan yaradır. İnkişaflarına dəstək olmağa çalışır.

O, "Sumqayıt" üzərində darmadağınla (4:0) əldə olunan qələbənin dadını çıxarmaq əvəzinə "Ceyhun və Seymurun fərqlənməsi bizi sevindirdi. Onlar gənc oyunçudur və çox çalışırlar" - deyərək gənclərlə bağlı sevincini dilə gətirib.

Beləsini necə unutmaq olar axı?

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!