“Sabah”ın “ağ atlı oğlan”ı o deyil

17 Sentyabr 2022 20:20 Sabah 617
“Sabah”ın “ağ atlı oğlan”ı o deyil

«Sabah» iki həftədən sonra qələbə ilə yenidən tanış oldu.

Murad Musayev yenə tribunada boş dayanmadı, oradan oyunu idarə etdi.

Cəzalı baş məşqçinin səsi yaxşı eşidilirdi - futbolçuları rusiyalının tapşırıqlarını vaxtında icra etməkdən yana bir xeyli əziyyətə qatlaşdı.

Musayev rəqib seçmir, o, hər tur qazanmaq niyyətindədir. Elə komandası da. Gəl ki, hər həftə eyni oyunu sərgiləmirlər.

Ötən tur «Qarabağ»a qarşı super təsir bağışlamışdılar: 3:4 hesabıyla uduzsalar da. Dünən «Turan Tovuz»u 3:1 üstələdilər, fəqət, həmin möhtəşəm oyunun davamını gətirmədən.

«Sabah» «Neftçi» ilə bərabər, mövsümün ən çox fərqlənən komandasıdır. 7 tura 16 qol əla göstəricidir.

Bununla belə, söyləməliyik ki, «Sabah»da qol fürsətlərini dəyərləndirmək faizi aşağıdır.

Apehə xilaskar oğlan gözüylə baxmaq təhlükəlidir. Nigeriyalı hərəkətlidir, sürətlidir, mövqe seçməkdə pərgardır, di gəl, qol vuran ayağı isə yoxdur.

Dörd-beş fürsətdən birini qiymətləndirmək afrikalı bu forvarddan ötrü ən çətin işdir. Heç onu da edə bilmir.

Sergey Kaşukun qayıdışı əla oldu. Ukraynalı vinger yeni dönüb bura, lakin əsl lider kimi qatqı verir.

Tezliklə tam formasını yığsa, «Sabah»ın gücünə əməlli güc qatacaq.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"