“Sabah”ın müdafiəçisindən “Neftçi”nin yeni transferinə atmaca

24 Yanvar 2022 20:40 Sabah 2 018
“Sabah”ın müdafiəçisindən “Neftçi”nin yeni transferinə atmaca

“İvan Brkiçi kifayət qədər yaxşı tanıyıram. Xorvatiyada komanda yoldaşı olmuşuq”.

Bu sözləri “Sabah”ın müdafiəçisi Şpiro Perişiç “Neftçi”nin yeni transferi olan həmyerlisi İvan Brkiç haqda Sportinfo.az-a danışarkən deyib.

2017-18 mövsümündə Xorvatiya “Sibaliya”sında komanda yoldaşı olan ikili cəmi 1 il çiyin-çiyinə çıxış edib. Buna baxmayaraq, hər ikisi komandanın aparıcı simalarından hesab olunub.

Şpiro İvanın yaxşı qapıçı olduğunu qeyd etməklə yanaşı, atmaca atmağı da özünə borc bilib:

“Brkiçlə “Sibaliya”da çiyin-çiyinə oynamışıq. Çox yaxşı qapıçı olduğunu deməliyəm. Fikrimcə, “Neftçi”yə faydası dəyəcək.

İvana yeni komandasında uğurlar arzulayıram. Amma “Sabah”la matçlarda yox, başqa oyunlarda (gülür)”.

Brkiçlə Perişiç “Sibaliya”da çıxış etdikləri dönəmdə komandanı yüksək liqada saxlaya bilməyiblər.

Şərəfini qoruduqları komanda 2017-18 mövsümündə elitadan düşüb, Azərbaycanda top qovan legionerlər isə iş yerini dəyişib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı