"Sabah"dan şəhidlərə ehtiram, Kamran Quliyevdən… VİDEO+FOTOREPORTAJ

21 Yanvar 2022 01:20 Sabah 519
"Sabah"dan şəhidlərə ehtiram, Kamran Quliyevdən… VİDEO+FOTOREPORTAJ

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, rəqib Ukraynanın yüksək liqa təmsilçisi "Zarya" olub.

“Sabah“ın start heyəti: 1.Səlahət Ağayev, 2.Amin Seydiyev, 34.Bəxtiyar Həsənalızadə, 3.Zurab Oçiqava, 14.Slavik Alxasov, 4.Elvin Camalov, 17.Xuan Kamara, 10.Aleksey İsayev, 20.Coy-Lens Mikels, 29.Ceyhun Nuriyev, 9.Xulio Rodriqes.

Oyundan öncə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Sabah" görüşə qara sarğı ilə çıxıb.

“Titatik Deluxe Football Center”in stadionunda baş tutan görüş 1:1 yekunlaşıb. Hər iki qol ikinci hissənin sonlarında vurulub.

Baş hakimin şübhəli penalti qərarı nəticəsində (76-cı dəqiqə) geri düşməsinə baxmayaraq, "Sabah" 83-cü dəqiqədə Kamran Quliyevin qolu ilə bərabərliyi təmin edib.

"Sabah" ilk yoxlama matçında da Macarıstan "Pakş"ı ilə eyni hesablı heç-heçə edib.

Masazır təmsilçisi son sınağını yanvarın 25-də “Mladost”a (Luçani, Serbiya) qarşı verəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"