
Valdas Dambrauskası baş məşqçi postuna gətirən «Sabah» yayın ilk transfer çalışmasına imza atıb.
Azərbaycan Kubokunu qazanan klub Akim Zedadkanı rənglərinə bablayıb.
«Bayquşlar» Əlcəzair yığmasının müdafiəçisi ilə 2 illik (1+1) müqavilə imzalayıb.
30 yaşlı legioner həmçinin Fransa vətəndaşıdır. Onun karyerası əsasən bu ölkəylə bağlıdır.
Müdafiənin hər iki cinahında oynaya bilən Akim peşəkar futbolda ilk addımlarını «İstr»da atıb (2014-2016).
2016-cı ildə «Lans»ın şərəfini qoruyub, daha sonra «AS Saynt Remoyse»yə üz tutub. 2018-2019-cu illəri «Mariqnan Qiqnak»da keçirib.
Növbəti 3 ildə də «Klermont»un uğurları üçün tər töküb. 2022-2025-ci illərdə «Lill»ə məxsus olub.
Bu illər ərzində «Oser» və «Saraqosa»ya (İspaniya) icarəyə verilib. 2025-ci ilin ilk yarısında isə Polşada «Plast»a xidmət edib.
«Sabah» onu azad agent statusu ilə düşərgəsinə qatıb.
SPORTİNFO.AZ