"Neftçi" ilə oyun öncəsi iddialı açıqlama - "Qollarıma şahid olacaqsız"

22 Sentyabr 2021 23:40 Sabah 1 448
"Neftçi" ilə oyun öncəsi iddialı açıqlama - "Qollarıma şahid olacaqsız"

"Əlbəttə, qalib gəlmək istəyərdik. Lakin düşünürəm ki, bu oyundakı kimi çıxış etsək, gələcəkdə daha yaxşı nəticələr qazana bilərik. Ümid edirəm ki, tezliklə qələbə də qazanacağıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə" ilə oyunda qazanılan bir xaldan danışan "Sabah"ın hücumçusu Mixeili Erqemlidze deyib.

Masazır təmsilçisi yalnız 4-cü turda qol hesabını aça bildi. Bu, "Sabah"ın hücum xəttinin heç də yaxşı formada olmamasının əyani sübutudur.

Amma gürcüstanlı hücumçu fərqli düşünür: "Komandada heç bir problem yoxdu. Sadəcə, mənə və komanda yoldaşlarıma bir-birimizə tam uyğunlaşmaq üçün vaxt lazımdı. İnanıram ki, bundan sonra həm mənim, həm də komanda yoldaşlarımın qollarına şahid olacaqsız".

21 yaşlı oyunçu növbəti tur qarşılaşacaqları "Neftçi" ilə oyundan da söz açıb: "Bizi yaxşı komanda ilə çətin oyun gözləyir. Qalib gəlmək istəyirik. Bu cür komandaya qarşı matçda daha motivasiyalı olursan. İnanıram ki, “Neftçi” ilə oyundan müsbət nəticə ilə ayrılacağıq".

Digər Xəbərlər
Xəbər Lenti