İndi say, babam, say!

19 Sentyabr 2021 16:00 Sabah 958
İndi say, babam, say!

«Sabah» mövsümün ilk xalını Zirədə qazandı. Min bir əzab-əziyyətlə.

Dörd tur ərzində 1 xalını əldə edən Ramin Quliyevin mətbuat konransında söylədikləri çox maraqlıdır.

Jurnalistin «mtçdan əvvəl söz-söhbət gəzirdi ki, uduzsaydız, istefa verəcəkdiz. Qazanılan ilk xal bu söz-söhbətə son qoyacaq, yoxsa həmin qorxu davam edir» sualına cavabını dinləyək:

- Bu söhbət çox təkrarlanır. Bura məni gətirən rəhbərlik var. Bir həftə boyu da, bu gün də onların dəstəyini artıqlaması ilə görürəm. Məğlubiyyətlərə baxmayaraq, rəhbərliyin dəstəyi komandaya inam verir. İnanıram ki, komanda bu vəziyyətdən çıxacaq. 4 oyuna 1 xal qazanmaq nələrsə etdiyimiz demək deyil. Amma rəhbərliyin mənə, mənim də komandaya inamı çoxdur.

Hə, bu, artıq başqa məsələ! Qoy aydın olsun ki, Ramin Quliyev iş yeri ilə vidalaşmağa hazırlaşmıır. Bu gənc məşqçiyə daha bir neçə həftə şans veriləcək.

Kreslosunu itirməkdən qorxan çalışdırıcı belə sakit və əmin-arxayın danışmaz.

Özünü güvənli hissedir, dəstəyi var. İndi say, babam, say!

Heyəti göz oxşayır «Sabah»ın. Hər mövqedə rəqabət mövcuddur. Bu komanda istənilən taktiki sxemə uyğnndur. Sadəcə, onu oynatmaq, oynada bilmək lazımdır.

Quliyevin sükan arxasından getməyəcəyini bilən futbolçu(lar), yəqin ki, 1 xalın da gətirdiyi sevinc hissinin gücü ilə öz gücünü birləşdirib, uğursuzluq zolağıından çıxmağıın çarəsini daha ciddi şəkildə axtaracaq.

Xulio Sezar Rodrigesin ağır və uzun sürədən zədədən dönüşü, Petar Skuletiçin gəlişi «Sabah» üçün göydəndüşmədir.

Doğrudan da, hücum xəttinin «dişsizliyi» komandanı çox geri salıb.

Ötən turlarda qaçırılan qol fürsətlərinin yarısını dəyərləndirmək mümkün olsaydı, «Sabah» bu gün minimum 6-7 xal yığmışdı.

Birinci zona öz işinin öhdəsindən gəlməyəndə, gözlər qeyri-ixtiyari olaraq müdafiə xəttinə dikilir. Güc onlara düşür, zərbə də elə onlara dəyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti