"Buna görə şadam" - "Sabah"ın ispaniyalısı

7 Sentyabr 2021 23:20 Sabah 795
"Buna görə şadam" - "Sabah"ın ispaniyalısı

"Sabah"da ilk görüşümü keçirdim. Yoxlama oyunu olmasına baxmayaraq, maraqlı matç alındı. Düzdü, bu görüşə fiziki cəhətdən 100 faiz hazır deyildim. Ancaq oyunda özümü çox yaxşı hiss edirdim".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"la yoxlama görüşündə debüt edən "Sabah"ın yeni transferi Kristian Sebalyos deyib.

İspaniyalı futbolçu debüt oyununda fərqlənməsindən də söz açıb: "Komandada ilk görüşümdə penaltidən qol vurdum. Buna görə şadam.

Ancaq əsas olan kimin fərqlənməsi yox, komandanın qələbə qazanmasıdır.

Qalib gəlsək də, bu, adi yoxlama matçı idi. Qarşıda bizi çempionatda vacib görüş gözləyir. Hazırda bütün diqqətimizi növbəti oyunumuza yönəltmişik".

Bu yay "Sabah"ın heyətinə qatdığı Sebalyos "Barselona"nın yetirməsidir. O, 2013-2015-ci illərdə "Tottenhem"in üzvü olsa da, London klubunda rəsmi oyunlara çıxmayıb. İspaniyalı forvard son olaraq Qətərin "Əl-Vəkrah" klubunda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!