“Sabah”dan Bəhlul haqda SON DƏQİQƏ AÇIQLAMASI

25 İyul 2021 16:00 Sabah 1 960
“Sabah”dan Bəhlul haqda SON DƏQİQƏ AÇIQLAMASI

“Bəhlul hazırda Gürcüstanda, komandanın düşərgəsində deyil.

Hazırlığını Bakıda fərdi şəkildə davam etdirir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

Bilinidiyi kimi, "Əl Əyn" hələ Bəhlul Mustafazadənin keçidini rəsmən açıqlamayıb. Birləşmiş Ərəb Əmirlikləri klubu ilə “Sabah” arasında anlaşma baş tutsa da, millimizin müdafiəçisinin tibbi yoxlanışa çağrılması gecikdirilir.

Məsələnin həftəiçi həll olunacağı gözlənilsə də, bu, baş vermədi. Görəsən, hər iki klub arasında anlaşma olduğu halda, "Əl Əyn" rəhbərliyi Bəhlulla bağlı başqa nə qərar verə bilər?

Məntiqlə müqavilə varsa, gec-tez transfer rəsmi açıqlanmalıdır.

Müəyyən mənbələrdən əldə etdiyimiz məlumata görə, belə durumda "Əl Əyn" ən yaxşı halda "Sabah" və Bəhlul Mustafazadəni müəyyən maliyyə qarşılığında razı salmaqla transferdən imtina edə bilər.

Belədə ərəblər təzminat da ödəməli olacaq. Amma birtərəfli qaydada transferdən imtina indiki halda mümkün deyil.

E.Həmidovun bildirdiyinə görə, mövzu hələ açıq qalıb: “Qeyd etdiyiniz məsələlərə qarşıdakı günlərdə aydınlıq gələcək. Hər hansı yenilik olduqda, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti