"AFFA-dan nə qədər tez müsbət cavab alarıqsa…" - Klub prezidenti

19 May 2023 16:00 Region Liqası 1 247
"AFFA-dan nə qədər tez müsbət cavab alarıqsa…" - Klub prezidenti

«Biz hələ keçən il dekabr ayında sənədlərimizi AFFA -ya təqdim etmişik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin prezidenti Asəf Məlikov deyib.

Qarabağ qazilərinin klubu Region Liqasının builki mövsümündə debüt etdi. İlk sezonu olmasına baxmayaraq, «Qarabağ fatehləri» uğurlu çıxışı ilə yadda qaldı.

Vətən savaşında iştirak etmiş gəncləri, qaziləri düşərgəsində bir araya gətirmiş komandanın gələn «futbol ili» ilə bağlı planı məlumdur. «Difai» I Divizion mənsubu olmaq niyyətindədir və bu məqsədlə aidiyyatlı qurumlara müraciət edib.

A.Məlikovu dinləyək:

«Peşəkar Futbol Liqası tərəfindən təqdim olunmuş sənədlərin və oyun meydançasının yoxlanışını gözləyirik.

Təqdim etdiyimiz stadionla bağlı hər-hansı çatışmazlıq olarsa, tərəfimizdən onun aradan qaldırılması üçün bütün lazımı işlər görüləcək.

Bakı şəhərində tələblərə tam şəklidə cavab verən stadionlar var. Amma məqsədimiz futbolu bölgələrə aparmaqdır.

Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, "Mədinə" Humanitar Yardım Təşkilatı İctimai Birliyi, Əlil Arabasında Qılıncoynatma Federasiyasının, "Fencing" İdman Klubunun birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "ULU ÖNDƏR" Kuboku yarışının təşkili üçün bölgələrdə heyətinə müharibə iştirakçıları və qazilərin cəlb olunması ilə "Difai"nin 8 yeni komandası yaradılıb.

Bu oyunlara bölgələrdə olan marağı gördük. AFFA tərəfindən nə qədər tez müsbət cavab alarıqsa, bir o qədər operativ şəkildə yeni mövsümün başlanmasına qədər işləri tamamlaya bilərik».

Digər Xəbərlər
Xəbər Lenti