Bu klub da birinci divizion üçün HƏRƏKƏTƏ KEÇDİ

1 Aprel 2023 11:20 Region Liqası 2 690
Bu klub da birinci divizion üçün HƏRƏKƏTƏ KEÇDİ

Xəbər verdiyimiz kimi, növbəti mövsüm AFFA birinci divizonda komandalarını sayını artırıb, əvəzedici komandalardan ayrı keçirməkdə maraqlıdır.

Boşluq Region Liqasında çıxış edən komandalarla doldurulacaq.

Artıq indidən həvəskarların yarışında mübarizə aparan kollektivlərdən bu istiqamətdə aktivlik göstərənlər var.

Onlardan biri də "Qobustan"dır. Federasiyaya müraciət edən rəhbərlik fikirlərinin ciddi olduğunu önə çəkiblər.

Qaradağ rayonunun təmsil edən klub 1995-ci ildə yaranıb. Daha çox aşağı liqalarda çıxış edib. Ancaq indi hədəf daha da böyüməkdir.

Hətta "Qobustan"da 10-14-17 aşağı yaş qrup komandaları da fəaliyyət göstərir. Davam edən Region Liqasında Cənub zonasında mübarizə aparan kollektiv qrup mərhələsini birnəfəsə adlaya bilib.

Məqsəd pley-off mərhələsində də uğurlu çıxış edib çempion olmaqdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti