
Növbəti mövsüm I Divizonda çıxış etmək istəyən Region Liqasının iştirakçıları yanvardan etibarən AFFA-ya müraciət edə bilərlər.
Bu haqda Sportinfo.az-a federasiyadan bildirilib.
Redaksiyamıza verilən məlumata görə, gələn sezonda birinci dəstədə yarışacaq yeni komandaların adları martda müəyyənləşəcək.
Həmin vaxt AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və bu məsələyə də orada baxılacaq.
AFFA 11 şərt irəli sürüb. I Divizionu arzulayan Region Liqasının mənsubları həmin şərtlərlə tanış olub, bu haqda qurumu məlumatlandırmalıdır.
Ondan sonra onların göndərdiyi sənədlər bir-bir təftiş olunacaq.