Azərbaycan klubunun “barıt”ı tez qurtardı - FOTOREPORTAJ

27 İyun 2022 09:20 Region Liqası 2 724
Azərbaycan klubunun “barıt”ı tez qurtardı - FOTOREPORTAJ

Azərbaycanı UEFA Region Kubokunda təmsil edən “Cəbrayıl” ilkin seçmə mərhələnin II qrupunda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Cavid Hüseynovun baş məşqçi olduğu komanda Belarus "Kolos"u ilə üz-üzə gəlib.

Şamaxı şəhər stadionundakı qarşılaşma "Cəbrayıl"ın 2:6 hesablı məğlubiyyəti ilə bitib. Meydan sahiblərinin qollarını 10-cu dəqiqədə Məhəmməd Xəlilov, 30-cu dəqiqədə Rəşad Həmidov vurub.

Qonaqlarda isə 5-ci dəqiqə Mikalai Hurnoviç, 31-ci, 61-ci və 77-ci dəqiqələrdə Slarhei Lizunou, 72-ci dəqiqədə Dzianis Simançuk, 86-cı dəqiqədə isə Mixail Karatkeçiv fərqlənib.

Beləliklə, ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi turnirlə vidalaşıb. "Kolos" isə finala yüksəlib.

Belarus klubu finalda 1-ci qrupun qalibi ilə üz-üzə gələcək. Bu ya, Gürcüstanın “Basiani”,klubu ya da Estoniya təmsilçisi “Tallinna Zapoos” olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?