"Cəbrayıl" UEFA Region Kubokuna məğlubiyyətlə başladı

24 İyun 2022 18:00 Region Liqası 1 499
"Cəbrayıl" UEFA Region Kubokuna məğlubiyyətlə başladı

UEFA Region Kubokunda seçmə mərhələnin II qrupunda ilk oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Cəbrayıl” Belarus “Kolos”u ilə qarşılaşıb.

Şamaxı şəhər stadionunda təşkil olunmuş qarşılaşma "Kolos"un əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 10-cu dəqiqədə "Şamaxı"nın futbolçusu Mehman Süleymanlı açıb. Lakin 40-cı dəqiqədə Babək Allahverdiyev qırmızı vərəqə alaraq, yerli komandanı azlıqda qoyub.

Qonaqlar say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıblar. Denis Simançik 62-ci, Aleksandr Paleşçuk isə 74-cü dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

İki komanda arasında iyunun 26-da təkrar qarşılaşma keçiriləcək.

I qrupun ilk tur matçında Gürcüstanın “Basiani” komandası Estoniya təmsilçisi “Tallinna Zapoos”u 3:1 hesabı ilə yenib.

24 iyun

16:00. “Kolos” - “Cəbrayıl” 2:1

Qollar: Denis Simançik, 62. Aleksandr Paleşçuk, 74 - Mehman Süleymanlı, 10

Qırmızı vərəqə: Babək Allahverdiyev, 40 ("Cəbrayıl")

Şamaxı şəhər stadionu

Baş hakim: Damian Silvestrjak (Polşa)

Baş hakimin köməkçiləri: Bartoş Kaşinsk (Polşa), Paskal Hirzel (İsveçrə)

Dördüncü hakim: Luka Sibelli (İsveçrə)

Digər Xəbərlər
Xəbər Lenti