Azərbaycanda futbol klubu fəaliyyətini dondurdu - "Sponsor axtarışlarımız uğursuz oldu"

9 Sentyabr 2021 21:00 Region Liqası 2 886
Azərbaycanda futbol klubu fəaliyyətini dondurdu -

Region Liqasının iki qat qalibi olan Sumqayıtın "Uğur" komandası fəaliyyətini dondurub.

Bunu Sportinfo.az-a açıqlamasında komandanın baş məşqçisi Qəzənfər Abbasov deyib.

Gənc mütəxəssis komandanın fəaliyyətini dondurmasını maliyyə problemli ilə əlaqələndirib:

"Bu il yəqin ki, Region Liqasında oynamayacağıq. Maliyyə probleminə görə alınmayacaq. Sponsor axtarışlarımız uğursuz oldu. Klub prezidentimizin bir iş adamı ilə danışığı olub. Çox güman ki, növbəti il turnirə qatılacağıq".

Region Liqası 2017-ci ildən keçirilir. Arxada qalan 2017-2018, 2018-2019 mövsümlərinin qalibi Qəzənfər Abbasovun baş məşqçisi olduğu "Uğur" komandası olub.

Ötən mövsüm pandemiya səbəbindən keçirilməyən yarışda yeni mövsümün gələn ay start götürməsi planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı