"Qəbələ"nin üzünü güldürən "NEQATİV" CAVAB

4 Dekabr 2020 20:20 Qəbələ 916
"Qəbələ"nin üzünü güldürən "NEQATİV" CAVAB

Qəbələ"də daha bir futbolçu koronavirusdan sağalıb.

Sportinfo.az xəbər verir ki, son olaraq Ülvi İsgəndərovun test nəticəsi mənfi çıxıb.

Hazırda komandada cəmi 1 aktiv koronavirus xəstəsi var. Bu da Ceyms Adeniyidir. Bunadək 8 oyunçuda infeksiya aşkarlansa da, onların əksəriyyəti sağalıb. Bu gün komanda üzvləri yenidən test verəcəklər.

Premyer Liqanın XII turunun 4 oyunundan 3-ü - "Keşlə" - "Səbail", "Sabah" - "Neftçi" və "Zirə" - "Sumqayıt" matçları yoluxma səbəbindən təxirə salınıb.

Peşəkar Futbol Liqası bu tur yalnız "Qarabağ" - "Qəbələ" görüşünün keçiriləcəyini açıqlayıb. Qəbələ" klubu səfər matçının təxirə salınması üçün öz tərəflərindən heç bir əsas görmədiyini bəyan edib.

Dekabrın 6-da keçiriləcək "Qarabağ" - "Qəbələ" qarşılaşması saat 16:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM