"Gəlib dedi ki, getmək istəyirəm, biz də müqaviləni pozduq"

3 Dekabr 2020 16:20 Qəbələ 782
"Gəlib dedi ki, getmək istəyirəm, biz də müqaviləni pozduq"

“Qəbələ”də ayrılıq qeydə alınıb.

Əylət təmsilçisi ötən mövsüm heyətinə qatdığı Rodriqo Qattas ilə yolları ayırıb.

Klubun baş meneceri Zaur Əzizov Sportinfo.az-a açıqlamasıında bildirib ki, müqavilə çilili hücumçunun istəyi ilə pozulub.

Belə ki, burada olduğu müddətdə cəmi 4 Premyer Liqa matçında meydana çıxan cənubi amerikalı legioner getməyi lazım bilib:

«Onun mövqeyində kifayət qədər futbolçu var. Qattas rəqabətə tab gətirmədi, çox vaxt heyətə düşmədi. Özü də narahat idi bu vəziyyətdən.

Gəlib dedi ki, təklifim var, getmək istəyirəm. Biz də etiraz etmədik, müqaviləni qarşılıqlıı razılaşma əsasında pozduq».

Digər Xəbərlər
Xəbər Lenti