"Qəbələ"nin 7-8 futbolçusu koronavirus xəstəsi çıxdı

27 Noyabr 2020 13:20 Qəbələ 737
"Qəbələ"nin 7-8 futbolçusu koronavirus xəstəsi çıxdı

"Qəbələ"nin 7-8 futbolçusunun koronavirus testi müsbət olub.

Sportinfo.az xəbər verir ki, onlar özlərini narahat hiss etdiyindən, test vermək zərurəti yaranıb.

Problemin ciddiliyi də bu zaman dəqiqləşib: nəticələr pozitiv olub. Əyalət təmsilçisi artıq bu barədə Peşəkar Futbol Liqasına məlumat verib. simptomlar tapıldığından, təkrar testə ehtiyac var. Birlikdə məşq etdikləri üçün bütün komandadan təkrar test götürüləcək.

Noyabrın 28-də keçirilməli olan "Sumqayıt" - "Qəbələ" matçı təxirə salınıb. Buna kimi "Qəbələ" Premyer Liqada koronavirus xəstəliyi aşkarlanmayan yeganə komanda idi.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”