Orduya yollanan "Qəbələ"nin prezidenti öz işinə nə vaxt dönəcək?

22 Noyabr 2020 16:20 Qəbələ 730
Orduya yollanan "Qəbələ"nin prezidenti öz işinə nə vaxt dönəcək?

«Açığı, hələ bu haqda məlumat yoxdur. Fariz müəllimin işə çıxması, yəqin ki, yaxın günlərdə baş verər».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş meneceri Zaur Əzizov deyib.

O, Azərbaycan Ordusunda könüllü xidmət edən klub prezidenti Fariz Nəcəfovun tezliklə işinə dönəcəyinə ümid bəslədiyini bildirib:

«Hər departamentdə olan rəhbərlik öz işinə nəzarət edir. Klub üçün vacib məqamlarda Fariz müəllimlə əlaqə saxlayırıq. Hər hansı qərar verilmədən əvvəl çalışırıq ki, özü ilə danışaq, məsləhətlərini alaq».

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!