“Qəbələ” ilə aylıq 8 min dollara müqavilə – Bu məbləğə dəyərmi?

9 Noyabr 2020 15:00 Qəbələ 849
“Qəbələ” ilə aylıq 8 min dollara müqavilə – Bu məbləğə dəyərmi?

2018-ci ildən “Qəbələ“ni çalışdıran Elmar Baxşıyev yaxşı heyət formalaşdırıb.

Gənc mütəxəssis bir çox gənc futbolçunun satılmasına rəğmən, oyunçu çatışmazlığından şikayətlənmir.

Əlinin altında olan “materialdan” istifadə etməklə rəqabətədavamlı komanda yaradıb. Əslində, ötən mövsüm yarımçıq dayandırılmasaydı, “Qəbələ” ya 4-cü yerin sahibi kimi, ya da kuboku götürməklə Avropa Liqasına vəsiqə qazana bilərdi.

Lakin koronavirus pandemiyası buna mane oldu. Çempionatın dayandırılmasına ən çox etiraz edənlərdən biri elə əyalət təmsilçisi idi.

“Qəbələ” cari mövsümə yaxşı başlamasa da, asan təslim olan komanda obrazından çox uzaqdır.

Sportinfo.az xəbər verir ki, ilk 8 turda iki dəfə məğlub olan komanda 5 oyunda heç-heçə edib. Bu bərabərliklərin bir çoxlarında üstün olan tərəf məhz “Qəbələ” idi. Belə bir komandanın formalaşmasından əsas pay sahibi Elmar Baxşıyevdir.

Bəs o, Qəbələdə hansı şərtlər daxilində çalışır? 40 yaşlı məşqçi “Qəbələ” ilə aylıq 8 min dollarlıq müqavilə imzalayıb. Bu məbləğ onun sözləşməsində qeyd olunub.

Baxşıyevin bu pulu tam alıb-almaması isə bəlli deyil. Alırsa da, sağlığına qismət!

Amma mövsümün əvvəlində maliyyə problemlərinə görə AFFA-da pul alan klubun yerli məşqçiyə 8 min dollar maaş verməsi qəribədi. Nə deyirik ki, alan razı, satan razı (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti