"Heç bir legionerə belə hərəkət etmək ixtiyarı verməmişik"

8 Noyabr 2020 00:42 Qəbələ 632
"Heç bir legionerə belə hərəkət etmək ixtiyarı verməmişik"

“Bütün fikrimiz Ordunun yanındadır. Ordumuzdan yeni-yeni uğurlar və şad xəbərlər gözləyirik. Xalqımızı sevindirəcəklərinə də inanırıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının IX turunda “Keşlə” ilə keçirilən oyun barədə danışarkən deyib.

- Fərqli hissələr gördük. İlk yarıda dominant futbol oynadıq, çoxsaylı qol imkanlarını dəyərləndirə bilmədik. Mənim istəyimlə komanda meydanda hər şeyi etməyə çalışır. Oyundan-oyuna komandamda bu inkişafı görürəm.

- Asif Məmmədovun əvəzlənməsinin vaxtı çatdığı sanki ikinci hissənin əvvəlində görünürdü. Onu meydandan gec çıxarmağınız nə ilə bağlı idi?
- Asif bizim üçün dəyərli futbolçudur. Oyunun tempini salmağı və yüksəltməyi bacarır. Onu Stefan Vukçeviçlə əvəzləməyim hücumları daha kəsərli etmək məqsədi ilə idi.

- 3-cü qoldan sonra Yurgen Qoxanın komanda yoldaşlarına əl-qol hərəkətləri var idi, Cavid Hüseynov da onu sakitləşməyə çağırdı. Həmin epizodu gördünüz?
- Bunu görməmişik, baxıb tədbir alacağıq. Heç bir oyunçuya, əcnəbiyə belə hərəkət etmək ixtiyarı verməmişik. İkinci hissə emosional keçdiyi üçün oyunçuları da başa düşmək olar.

- Matçın məntiqli nəticəsi belə olmalı idi?
- Belə olmamalı idi. Amma epizodları dəyərləndirmədikdən sonra rəqibə şans verirsən.

- “Keşlə” qələbəyə layiq idi?
- Qələbə qazanıblarsa, deməli, layiq idilər. Amma onlardan, bəlkə də, iki dəfə çox qol şansları yaratdıq.

Digər Xəbərlər
Xəbər Lenti