"Qarabağ"ın qapıçısı niyə ikinci dəfə Azərbaycana qayıtmadı?

5 Noyabr 2020 11:40 Qəbələ 715
"Qarabağ"ın qapıçısı niyə ikinci dəfə Azərbaycana qayıtmadı?

"Qarabağ"ın sabiq qapıçısı Miro Varvodiçin yeni komandası müəyyənləşib.

31 yaşlı xorvatiyalı qolkiper Bosniya və Herseqovinada "Zrinski"yə keçib.

Varvodiçin müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Balkanlı "əlcək sahibi" 2012-ci ildə "Qarabağ"la iki illik müqavilə imzalamışdı. O, 1 il sonra sözləşməni qarşılıqlı razılıq əsasında ləğv edib və Ağdam təmsilçisindən ayrılıb.

Bugünlərdə isə ikinci dəfə Azərbaycana qayıtmaq şansı yaranıb. Onunla "Zirə" yaxından maraqlanır, hətta danışıqlar da aparırdı.

Mateus Albinodan bir o qədər razı qalmayan qəsəbə təmsilçisi Varvodiçə 1 illik müqavilə təklif etmişdi. Fəqət, xorvatiyalı ölkəsinə daha yaxın olmaq istəyindən dolayı, daha az məbləğə Bosniyanı seçdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"